Kürdəmirdə Dövlət Məşğulluq Agentliyinin xidməti avtomobili qəzaya düşüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun ucqar kəndi olan Çöl-Qubalı kəndində qeydə alınıb.
Belə ki, 77 YD 546 nömrə nişanlı "Mitsubişi" markalı avtomobilin sürücüsü kənd ərazisində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb. Avtomobildə olan sürücü və sərnişin kənd sakinlərinin köməyi ilə sudan çıxarılıb.
Hadisə zamanı avtomobilə ciddi ziyan dəyib.
- Arzum qəza anından danışdı
- Külək nə vaxt zəifləyəcək? - Açıqlama
- “Vital Hospital”da yoxlama: qanun pozuntuları aşkarlandı
- Bakıda bu ərazidə yanğın başladı
- “İnsan həyatı üçün ciddi təhlükə var” - Həmin klinikada yoxlama
- Sabah hava necə olacaq?
- Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü
- Nuhi Abdinov nazir müavini təyin edildi - Sərəncam