Çin Xalq Respublikasının əhalisi 2023-cü ildə 2,08 milyon nəfər azalıb.
BUTA.TV xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika Xidmətinin saytında məlumat yerləşdirilib.
Bildirilib ki, hazırda ölkədə 1 milyard 409.67 milyona yaxın vətəndaş yaşayır. Əhalinin sayımına Honkonq, Makao və Tayvan sakinləri daxil edilməyib.
Kişilərin sayı 720,32 milyon, qadınların sayı isə 689,35 milyon olub.
Qeyd edək ki, Çində "Bir ailə, iki uşaq" qanununun ləğvindən sonra doğum nisbəti artır. 2021-ci ilin yayından çinli ailələr üç uşaq sahibi ola bilər.
- Arzum qəza anından danışdı
- Külək nə vaxt zəifləyəcək? - Açıqlama
- “Vital Hospital”da yoxlama: qanun pozuntuları aşkarlandı
- Bakıda bu ərazidə yanğın başladı
- “İnsan həyatı üçün ciddi təhlükə var” - Həmin klinikada yoxlama
- Sabah hava necə olacaq?
- Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü
- Nuhi Abdinov nazir müavini təyin edildi - Sərəncam