Ukrayna ordusu dağılır, ABŞ müdaxilə edəcək

08:48 - 18 Yanvar 2024 - GÜNDƏM

 Ukrayna ordusu dağılır, ABŞ müdaxilə edəcək

ABŞ vəziyyəti xilas etmək üçün birbaşa Ukrayna münaqişəsinə girə bilər.

BUTA.TV xəbər verir ki, bunu amerikalı politoloq Con Mearşeymer Daniel bildirib.

"Görünür, Ukrayna həqiqətən də qeyri-funksional dövlətə çevrilə bilər. ABŞ və onun müttəfiqləri bundan sonra nə edəcəklər? Düşünürəm ki, vəziyyəti xilas etmək üçün müdaxilə edəcəyimizdən narahat olmağa əsas var, xüsusən də Ukrayna Silahlı Qüvvələrinin dağılmağa başladığı görünür", - politoloq vurğulayıb.

Qeyd edək ki, daha öncə Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının uğursuz olduğunu və belə davam edərsə, Ukraynanın dövlətçiliyinin sual altına düşəcəyini söyləyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol