Qəzza zolağında dağılan evlərin bərpası üçün ən azı 15 milyard dollar tələb olunacaq.
BUTA.TV xəbər verir ki, bunu Fələstin İnvestisiya Fondunun rəhbəri Məhəmməd Mustafa deyib.
Mustafanın sözlərinə görə, Qəzzada təxminən 350 min yaşayış evi tamamilə dağılıb və ya qismən zədələnib:
“Hələ infrastrukturdan, zədələnmiş xəstəxanalardan, kommunikasiyalardan danışmırıq. İsrailin Fələstin ərazisində döyüşlərə başlamasından bəri 25 minə yaxın insan həlak olub və Qəzzanın 2,3 milyon əhalisinin demək olar ki, hamısı evlərini tərk etmək məcburiyyətində qalıb”.
- Ağdamın yeni nəslinin nəfəsi - Video
- Sabah hava necə olacaq?
- Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü
- Nuhi Abdinov nazir müavini təyin edildi - Sərəncam
- 135 saylı marşrutun avtobusları dəyişdirilir: Gediş haqqı...
- Nigara görə həkimlərə bu cəza verildi
- Xankəndi–Şuşa yolunda ağır qəza: ölən var
- AZAL Tiflis və İstanbul istiqamətində reyslərin sayını artırır