Hər il ənənəvi olaraq Mərkəzi və Şərqi Avropa ölkələrinin aparıcı beynəlxalq banklarının, maliyyə, biznes və dövlət sektorunun, eləcədə dövlət tənzimləyici orqanlarının nümayəndələrinin çıxışları və iştirakı ilə yadda qalan “The Euromoney CEE Forum”u hər il olduğu kimi bu il də Avstriyanın paytaxtı Vyana şəhərində keçirildi.
Forumda Kapital Bankı Xəzinədarlıq Departamentinin direktoru Fərid Əliyev, Komplayens Departamentinin direktoru Almaz Musayeva və bankın Maliyyə İnstitutları şöbəsinin rəisi Anar Bayramlı təmsil edib.
2024-cü ilin əsas maliyyə trendlərinin müəyyən edildiyi forumu çıxış nitqi ilə forumun rəsmisi Francesca Cockcroft açıb. Daha sonra Avropa İnvestisiya Fondunun rəhbəri Roger Havenith və Avstriya Bank qrupu olan Raiffeisen Bank International-ın Baş Maliyyə direktoru Sabine Abfalter əsas spiker olaraq çıxış ediblər. Spikerlərin çıxışında Mərkəzi və Şərqi Avropa regionlarında hazırki iqtisadi vəziyyət, investisiya sahələrinin genişləndirilməsi, bank sektorunun təhlükəsizliyinin və dayanıqlı inkişafının təmin edilməsi və unikal həll yollarının təqdimatı yer alıb.
Vurğulanıb ki, dünyanın maliyyə trendləri qloballaşan texnoloji inkişaf standardları ilə eyni sürətdə yenilənərək, dəyişir. Kapital Bank olaraq öncəliyimiz bu dinamik inkişaf prosesini, beynəlxalq təcrübəni izləyərək müştərilərimizə daha keyfiyyətli xidmət göstərməkdir. Elə bu məqsədlə də tədbirdə iştirak edən bank əməkdaşları dünyanın, eləcə də Avropa və Şərqi Avropa banklarının 20-yə yaxın nümayəndələri ilə görüşüb, fikir mübadiləsi aparıblar.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Qeyd etmək lazımdır ki, 29 ildir ki, Mərkəzi və Şərqi Avropa, eləcədə onun hüdudlarından kənarda olan 1000-dən çox dövlət, özəl, bank və investisiya sektoru liderlərini bir araya gətirən forum Avropada keçirilən ən böyük tədbirlərdən biridir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 39 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc.
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi
- Bakıda pul tapıb telekanala məlumat verdi, cəzalandırıldı
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi
- İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu