Bu cinayətlər azalıb - Xanlar Vəliyev

16:52 - 18 Yanvar 2024 - GÜNDƏM

 Bu cinayətlər azalıb - Xanlar Vəliyev

Qeydə alınmış cinayətlər ötən illə müqayisədə ümumilikdə 6,1%, hərbi xidmət əleyhinə olan cinayətlər isə 24,2% azalıb.

BUTA.TV xəbər verir ki, bu sözləri Baş prokurorun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

O bildirib ki, 2022-ci illə müqayisədə 2023-cü ildə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 40%, özünü öldürmə həddinə çatdırma cinayətləri 9,1%, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 12,9%, əmri icra etməmə cinayətləri 66,7%, hərbi xidmətdən yayınma cinayətləri 33,7%, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 37,9%, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 26,1% və xuliqanlıq cinayətləri 16,7% azalıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol