Polşanın paytaxtı Varşavada yerləşən “Polityka” media şirkətinin ofisi qarşısında Azərbaycan icmasının dinc aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən BUTA.TV-a bildirilib ki, Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə baş tutan icazəli aksiya “Polityka” jurnalının müxbiri Konstanty Gebertin II Qarabağ müharibəsi və Azərbaycanın tarixi Qələbəsi ilə bağlı təxribat və böhtan xarakterli məqalələrinin dərc olunmasına etiraz məqsədilə gerçəkləşdirilib.
Aksiyada çıxış edən diaspor fəalları Şamo Qubadov və Tuncay Novruzzadə “Polityka” jurnalında erməni diasporunun təsiri altında saxta xəbərlərin yayılmasını sərt şəkildə pisləyiblər. Bu nəşrin əməkdaşlarını faktları dəqiq yoxlamağa, Azərbaycan həqiqətlərini dürüst işıqlandırmağa, jurnalistikanın obyektivlik, tərəfsizlik və qərəzsizlik kimi prinsiplərinə əməl etməyə çağırıblar.
“Erməni diasporu medianı manipulyasiya edir”, “Qərəz yox, güzəşt yox, yalnız faktlar vacibdir!”, “Medianın ikili standartları bütün çılpaqlığı ilə”, “Azərbaycana qarşı feyk xəbəri dayandırın!”, “Azərbaycanlı uşaqlar öldürüləndə media harada idi?” və başqa şüarların əks olunduğu plakatlar nümayiş etdirilib.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Sonra Polşa Azərbaycanlıları Şurasının İdarə Heyətinin üzvü Şamo Qubadov jurnalın baş redaktoruna çatdırılması üçün soydaşlarımızın etiraz bəyanatını “Polityka” media şirkətinin ofisinə təqdim edib.
Aksiyanın təhlükəsizliyi yerli polis tərəfindən təmin olunub.
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi
- Bakıda pul tapıb telekanala məlumat verdi, cəzalandırıldı
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi
- İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu
- Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident
- Bratislava-Bakı aviareysi açıla bilər