Ağız quruluğu olduqca geniş yayılmış bir simptomdur və bir çox insan bunu tez-tez gözdən qaçıra bilir. Bu simptom insanların diqqətli olması lazım olan beş ciddi xəstəlik üçün təhlükə əlaməti sayılır.
Tüpürcək vəzilərimizin ağzını nəm saxlamaq üçün kifayət qədər tüpürcək istehsal edə bilməməsinə xerostomiya (quru ağız) deyilir. Onun əhəmiyyəti haqqında heç vaxt düşünməsək də, tüpürcək ağız sağlamlığımızda mühüm rol oynayır, çünki bakteriyaların yaratdığı turşuları zərərsizləşdirməyə və qida hissəciklərini çıxarmağa kömək edir.
Ağız gigiyenanızın yaxşı vəziyyətdə olduğundan əmin olmaq və inkişaf edən problemləri izləmək üçün hər altı ayda bir diş həkiminə müraciət etməyiniz tövsiyə olunur. Mütəxəssislər dişlərinizi gündə iki dəfə flüor tərkibli diş məcunu ilə iki dəqiqə fırçalamağı və adi diş ipi və ağız qarqarasından istifadə etməyi tövsiyə edir.
BUTA.TV xəbər verir ki, bu barədə özəl stomatologiya firması Banning Dental Group-dan Dr. Azad Eyrumlu açıqlama verib. Onun sözlərinə görə, davamlı ağız quruluğu çox vaxt bədənin başqa yerlərində nəyinsə pozulduğunun əlaməti ola bilər:
“Bu, ağızda yapışqanlıq hissi, quru və ya boğaz ağrısı, çeynəmə və ya udma çətinliyi və hətta ağız qoxusu kimi simptomlarla özünü göstərə bilər. İnsult, diabet və ya Alzheimer xəstəliyi kimi bəzi sağlamlıq problemləri bu şəkildə özünü büruzə verir. Həmçinin, bu simptomlar HİV və ya Sjögren sindromu kimi bir otoimmün pozğunluğun göstəricisi ola bilər”.
- "Baku Energy Forum"u başladı
- OPEK+ hasilatı artırır: Bakı üçün ciddi risk yarandı
- Dərs yükü ağır, imtahan çətin… - Ekspertlər təklif verdi
- Ceyhun Bayramov Keniyaya yola düşdü
- Qərbi Azərbaycan yaradıla bilər - Krılov
- Ukrayna Rusiyaya dronları hansı ölkədən keçirib? – Sensasiya
- 28 Mayı üç qardaşa layiq qeyd etdik - Ərdoğan
- İlham Əliyevdən millinin qələbəsinə reaksiya - Foto