Türkiyə-Rusiya bankının yaradılması ABŞ-ın sanksiyaları nəticəsində yaranan ödəniş köçürmələri üçün həll yolu ola bilər. Hazırda hər iki ölkənin departamentləri arasında bu mövzu müzakirə olunur.
BUTA.TV xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyənin bank sektorundakı mənbə məlumat verib.
“Türkiyə-Rusiya bankının yaradılması variantı müzakirə olunur və bundan əvvəl də müzakirə olunub. Amma hələlik bu məsələ ilə bağlı heç bir konkretlik yoxdur”, - mənbə bildirib.
Qeyd edək ki, Türkiyədə bir sıra özəl banklar Rusiya şirkətlərinin hesablarını bağlayıblar, bu, ABŞ-ın sanksiyalarla bağlı görünməmiş təzyiqi ilə əlaqədardır.
- Sinq hind kəşfiyyatının hədəfində: Qanlı sui-qəsd planı...
- Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
- Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar
- Mənzil almaq adı ilə evə girdi, 5 minlik qızıl oğurladı
- Sabah güclü külək əsəcək - Xəbərdarlıq
- Nigar Fərhadın əri həbs edildi
- Məşhur şadlıq sarayı 3,5 milyona satılır
- Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...