Rusiya ərazisində, Kalmıkiya Respublikasının paytaxtı Elista şəhərinin 40 kilometrliyində faciə ilə bitən qorxunc hadisə baş verib. Belə ki, işləmək üçün Kalmıkiya Respublikasına yollanan Sumqayıt şəhər sakinini yolda canavar parçalayıb.
Məlumatlı şəxs Moderator.az-a bildirib ki, hadisə gecə saatlarında baş verib. “O şəxs işə yeni başlamışdı, ilk reysi idi. Maşını yolda saxlayıb, ayaqyoluna gedib. Üstündən 30 saniyə keçməyib ki, qışqırıq səsləri gəlib. Hava o gün çox dumanlı olub. Qaça-qaça maşına tərəf gəlib, yerə yıxılıb. Digər maşında olan iş yoldaşı elə bilib ki, hürən çoban itləridir.
Canavarlar onu gəmirə-gəmirə maşından uzağa aparıblar. Həmin şəxs qorxudan maşından aşağı düşməyib. Aidiyyatı orqanlara zəng edib, üstündən 1 saat keçməsinə baxmayaraq gəlib canavarların hamısını öldürüblər. Hadisə Elista şəhərinin 40 kilometrliyində baş verib” deyə saytımıza bildirilib.
Canavarların parçaladığı şəxsin Sumqayıt şəhər sakini olduğu bildirilir.
- Trampdan Azərbaycan açıqlaması: Bunu həll etdim!
- Fransanın Bakıya göndərdiyi səfir barədə - Yeni detallar
- Nazirlik araşdırmaya başladı: şok faktlar - VİDEO
- Müharibədən sonra ölkəmizə gələn ukraynalıların sayı...
- Müğənni Rəqsanənin həbsinə dair iddialar: Aysun son nöqtəni qoydu
- “Rusiya Azərbaycana qarşı ikinci cəbhə açmağa cəsarət etməz” - Tofiq Zülfüqarov
- 15 yaşlı oğlanın qətli: 10 manata görə...
- Sabah 18 kənddə qaz olmayacaq