18 yaşlı oğlanlar arasında keçiriləcək basketbol üzrə Avropa çempionatında Azərbaycan yığmasının rəqibləri bəlli olub.
BUTA.TV Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda C divizionunun B qrupunda, Moldova, Ermənistan və Monako yığmalarına rəqib olacaq.
Qeyd edək ki, Avropa çempionatı 23-28 iyul Albaniyanın Elbasan şəhərində keçiriləcək.
Eyni tarixlərdə Azərbaycanın qızlardan ibarət U-18 millisi Kosovonun Priştina şəhərində keçiriləcək Avropa çempionatının C divizionunun B qrupunda, Albaniya, Gürcüstan və Ermənistan yığmaları ilə üz-üzə gələcək.
9-14 iyulda Cəbəllütariqdə keçiriləcək Avropa çempionatında Azərbaycanın 16 yaşadək qızlardan ibarət komandası da Ermənistanla eyni qrupda yer alıb. C divizionunun A qrupunda yarışacaq Azərbaycan yığması Gürcüstan, Ermənistan və Kipr seçmələri ilə qarşılaşacaq.
- Prokurorluğa qəbulla bağlı imtahan nəticələri açıqlandı
- Delimitasiya ilə bağlı mühüm razılaşma...
- Ölkədə bu qurum bağlanır? - Rəsmi cavab
- Ramiz Mehdiyev bu vəzifədən də çıxarıldı - Sərəncam
- Dənizdə külək enerjisi layihəsinə dair müqavilə imzalandı
- İlham Əliyev Szinpinə başsağlığı verdi
- Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...
- Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video