Yalnız uşaq və yeniyetmə yaşlarında yaranan xərçəng növləri var.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, onkoloq Yevgeni Çeremuşkin hazırda gənclər arasında ağciyər xərçənginin yarandığını bildirib.
“Adətən əvvəldən belə inanc var ki, xərçəng yaşlı xəstəliyidir. Lakin bədxassəli şişlərin elə növləri var ki, məhz erkən yaşda aşkarlanır, hətta "uşaq xərçəngi" deyilən növlər var.
Nefroblastoma – böyrək xərçəngi uşaq yaş üçün xarakterikdir. Eləcə də qan xərçəngi, limfomalar immun sistemini zədələyir.
Sümük xərçəngi də uşaq və yeniyetmə yaşda yarana bilir, çünki bu yaşda uşaqlarda sümüklərdə böyümə mərhələsi gedir.
Yaşlı insanlar melanoma, mədə və ağciyər xərçəngindən müəyyən ətraf mühit amillərinə görə əziyyət çəkir. Amma maraqlısı budur ki, hələ illərlə siqaret çəkmədən və yaşlanmadan indi gənc nəsildə ağciyər xərçəngi artmağa başlayıb”, - o qeyd edib.
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir
- Azərbaycanın diqtəsi, yoxsa hərbi islahat? - Ermənistanda hərbi xidmət müddəti azaldılır
- Melkonyanın adını daşıyan bir qurum necə təşviq oluna bilər?
- ABŞ milli strategiyasını elan etdi - Avropa üçün şok
- ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə