“Prana Network” haker qrupu SEPAH-ın poçt serverlərini sındıraraq İranın “Şahid-136” pilotsuz döyüş təyyarələrinin Rusiyaya satışından əldə etdiyi məbləği öyrənə bilib.
BUTA.TV xəbər verir ki, qrup məlumatı SEPAH-ın proksi şirkətlərindən biri olan “Sahara Thunder” şirkətdən əldə etdiyini iddia edib.
Bildirilir ki, pilotsuz təyyarələr “Shahed Aviation Industries Research Center” tərəfindən layihələndirilib və istehsal edilib. Bu İran şirkətidir və SEPAH-ın himayəsi altında fəaliyyət göstərir.
Hakerlər aşkar ediblər ki, İran bir “Şahid” pilotsuz təyyarəsinin ilkin qiymətini 23 milyon rubl (təxminən 236 min avro) müəyyən edib. Rusiya ilə topdansatış qiymətlərdə isə daha aşağı məbləğə razılaşıblar. Belə ki, Moskva üçün 6000 ədəd dronun (birdəfəlik satış) biri 12 milyon rubldan (123 min avro), 2000 ədədin isə biri 18 milyon rubldan (184 min avro) hesablanıb.
Digər sənədlərdə göstərir ki, Rusiya dronların pulunu qızılla ödəyib.
- Ağdamdakı tarixi məsciddən - Video
- İlham Əliyev İraq prezidentinə başsağlığı verdi
- Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi
- Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto
- Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi
- “O yerdə ki, qadın idarəçiliyi var, orda din-bərəkət yoxdur” deyildi və cərimələndi
- İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır
- "Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu