Venesuela Milli Assambleyası Avropa Parlamentinin ölkədə keçiriləcək prezident seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı qətnaməsini kəskin şəkildə pisləyib.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Assambleyanın sədri Xorxe Rodriqesinin X hesabında yaydığı sənəddə bildirilib.
“Venesuela Milli Assambleyası Avropa Parlamentinin fevralın 8-i tarixli biabırçı qətnaməsini qəti şəkildə rədd edir. Bu akt ölkəmizin daxili işlərinə kobud müdaxilədir, Venesuelanın Konstitusiyasına hörmətsizlikdir, ölkədə sülhə və siyasi sabitliyə qarşı təcavüzün yeni eskalasiyası və dirçəldilməsi cəhdidir. Venesuela Milli Assambleyası ölkəyə qarşı qətnaməni kobud şəkildə dəstəkləyən və lehinə səs verən Avropa Parlamentinin üzvlərini persona non-qrata elan edir”, - sənəddə qeyd olunub.
- Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı - Video
- Sabah dənizə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda zəlzələ oldu
- Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Foto
- Bazar günü hava necə olacaq?
- Çimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydı
- Bu sahələrdə 20% azalma var - Səbəb
- Müayinə üçün xəstəxanaya gedən qadın öldü