Türkiyə Böyük Millət Məclisinin(TBMM) sədri Numan Qurtulmuş Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmaması barədə qəbul etdiyi qətnaməyə dair bəyanat verib.
Bu barədə BUTA.TV-a Milli Məclisdən bildirilib.
Qeyd edilib ki, bəyanatda AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə görə təəssüf bildirilir.
Qeyd olunur ki, 2001-ci ildən bəri Avropa Şurasının üzvü olan Azərbaycan ötən dövrdə gördüyü işlər və əməkdaşlıqla bu təşkilatın əsas prinsiplərinin həyata keçirilməsinə əhəmiyyətli töhfələr verməklə yanaşı, mədəni müxtəlifliyin qorunub saxlanılması və mədəniyyətlərarası dialoqun təşviqi kimi günümüzün ən önəmli missiyalarının gerçəkləşdirilməsində də aparıcı rol oynayıb. Verilmiş qərar Avropa Şurası üzvü olan bir ölkənin AŞPA-nın fəaliyyətindən kənarlaşdırılması deməkdir.
Sənəddə deyilir ki, bütün dünyada geosiyasi gərginliklərin, siyasi qarşıdurmaların və münaqişələrin artmaqda olduğu bir dövrdə çoxtərəfli diplomatiya öz gücünü və mövqeyini itirməməlidir. AŞPA münaqişələrin deyil, dialoq və əməkdaşlığın əsasını təşkil etməlidir.
Bəyanatda TBMM olaraq AŞPA-nı dəstəklədiyi prinsipləri birmənalı şəkildə müdafiə etməyə, bölücü deyil, birləşdirici bir platforma olmağa və Azərbaycan Milli Məclisini təmsil edən nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməyə çağırış edilir.
Bəyanatın sonunda Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə dair qərarın ən qısa zamanda nəzərdən keçiriləcəyinə inam ifadə olunur.
- Ramiz Mehdiyev həbs edildi - Təcili
- Həbs edilən Ramiz Mehdiyevin milyardları üzə çıxır - Siyahı
- Azərbaycan-İran sərhədi ilə bağlı yenilik
- Ramiz Mehdiyev niyə indi həbs edildi? - İsti şərh
- Bu körpünün tikintisi bitsə, bu tıxaclar aradan qalxacaq
- Tramp Əliyev haqda: Onunla düşmən olmaq istəməzsiniz - Video
- Bakı önündə bu öhdəliyi götürməmişik - Mirzoyan
- ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı