Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni təbrik edib.
BUTA.TV xəbər verir ki, təbrikdə deyilir:
"Gürcüstanın Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Biz tarixən bir-birinə dostluq və mehriban qonşuluq telləri ilə bağlı olan xalqlarımızın iradəsindən güc alan Azərbaycan-Gürcüstan münasibətlərinə xüsusi əhəmiyyət veririk. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin və əməkdaşlığımızın dinamik və hərtərəfli inkişaf edərək bugünkü səviyyəyə yüksəlməsi və yeni məzmun kəsb etməsi bizi sevindirir.
Əminəm ki, sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Gürcüstan ənənəvi dostluğu, qarşılıqlı faydalı əməkdaşlığı və strateji tərəfdaşlığı ölkələrimizin rifahı, regionumuzun çiçəklənməsi naminə birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının əmin-amanlığı və firavanlığı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".
- Elnur Azadxanov vəzifəsindən azad edildi
- “ADY Mobile” istifadəçilərinin sayı 500 minə çatdı
- Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri?
- İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
- Prezident qəbul keçirdi - Fotolar
- "TuranBank" və ITFC arasında uğurlu əməkdaşlıq...
- Rusiya bu gün 4 “Neptun”, 619 PUA vurdu
- Ceyranbatan–Maştağa su xətti ilə bağlı açıqlama – Rəsmi