Tarixi sirlər çözülə bilər: Qədim yazı deşifrə edildi

01:14 - 12 Fevral 2024 - GÜNDƏM

 Tarixi sirlər çözülə bilər: Qədim yazı deşifrə edildi

Almaniyanın Köln Universitetinin alimləri Mərkəzi Asiyada qədim Kuşan İmperiyasının qoyub getdiyi Kuşan yazısının 60%-ni deşifrə edə biliblər.

BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Transactions of the Philological Society" jurnalında dərc olunub.

Kuşan krallığı müasir Orta Asiya, Əfqanıstan, Pakistan, Şimali Hindistan ərazisində Kuşanlar tərəfindən qurulmuş qədim dövlətdir. Onun çiçəklənmə dövrü təxminən eramızın 105-250-ci illərinə təsadüf edir. Dövlətin Roma, İran və Çinlə diplomatik əlaqələri olub.

İmperatorluğun dağılmasından sonra alimlərin uzun müddətdir deşifrə etməyə çalışdıqları çoxlu yazılar qalmışdı. 2022-ci ildə Tacikistanın şimal-qərbindəki Almosi dərəsində ikidilli yazının tapılması deşifrənin açarı olub. Bu hadisə elm adamlarının problemə yanaşmalarını yenidən nəzərdən keçirmək və yenidən təhlil etmək üçün stimul oldu.

Bu xəbər hal-hazırda çox oxunur
“Qumar kralı” Yusif həbs edildi

Tədqiqatçıların fikrincə, Kuşan yazısının deşifrə edilməsi Orta Asiyanın tarixi və mədəniyyətinin öyrənilməsində yeni səhifə açır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol