Abşeron rayonunun Pirəkəşkül kəndində 45 yaşlı kişinin evində meyiti aşkarlanıb.
BUTA.TV xəbər verir ki, 1979-cu il təvəllüdlü Eldəniz Alıyev fevralın 11-də gecə saatlarında yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra müvazinətini itirərək yıxılıb və başının betona dəyməsi nəticəsində xəsarət alıb.
Təcili tibbi yardım gələrək ona ilkin tibbi yardım göstərib, E.Alıyev özünü yaxşı hiss etdiyini bildirməklə xəstəxanaya getməkdən imtina edib.
Bundan sonra səhər saatlarında həyat yoldaşı Məleykə Kərimova evin yataq otağında E.Alıyevin yatmış vəziyyətdə meyitini aşkar edib.
- 8 qəsəbə və 4 kənddə qaz olmayacaq
- Tanınmış cərraha 9 il həbs verildi - “Opera Hotel”də tutulubmuş
- Məhkəmədən Martin Rayan barəsində qərar...
- Bakıda bu 2 avtobusun yolu dəyişdirilir
- Ağdamda başlayan yanğın bu kəndlərə də yayıldı - Video
- İranda məhbuslar 131-ci dəfə aclq aksiyası keçirdilər
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- İki gün güclü külək əsəcək – Xəbərdarlıq