Azərbaycanda uşaqlara verilən qəribə adlar – Ciyərxan...

14:56 - 12 Fevral 2024 - GÜNDƏM

 Azərbaycanda uşaqlara verilən qəribə adlar – Ciyərxan...

Ötən il Azərbaycanda körpələrə qoyulan nadir və qəribə adlar məlum olub.

BUTA.TV Report-a istinadən xəbər verir ki, 2023-cü il ərzində yeni doğulan uşaqlara daha çox əcnəbi mənşəli adların verilməsi geniş yayılıb.

Bununla yanaşı, valideynlər övladlarına nadir və qeyri-adi adlar da qoyublar.

Belə ki, keçən il Gilə, Tovuz, Koroğlu, Duanur, Badam, Alan, Manana və Dağlar adlarının hər biri iki uşağa verilib. Üç nəfərə isə Mayya adı qoyulub.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Eyni zamanda, Mayar, Maynisə, Kürsüm, Kurtkaya, Qəribə, Dominik, Alay, Alaya, Alana, Alaz, Aya, Ayə, Ayat, Ayasofya, Ayanur, Balay, Balabikə, Şirbəy, Bircəgül, Gülüzə, Gülan, Gülqənd, Gülənməd, Gülsurat, İton, Elqam, Elaine, Ellda, Elfun, Elba, Yaşam, Dalila, Daliya, Ayris, Ayçan, Ayid, İyad, Faləddin, Qalası, Bayar, Sağira, Bağış və Qaraş adlarının isə hər biri 1 uşağa qoyulub.

Həmçinin, Azərbaycanda ötən il uşaqlara Su, Sufi, Sudagül, Suman, Manas, Xansu, Xanı, Şanis, Zeytunə, Almagül, Kira, Firdus, Firduzə, Baday, Tarif, Əsğər, Əskinaz, Baxşı, Ağaəmi, Ağadədə, Lənkəran, Zirah, Yağız, Ərəbzəngi, Siratullox, Caniyat, Ciyərxan adları da verilib. Bunların da hərəsi bir uşağa qoyulub.

Qeyd edək ki, 2023-cü ildə oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Zəhra adı verilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol