Sosial şəbəkələrdə “Xəzər-Lənkəran” futbol klubunun yenidən yaradılacağı barədə xəbərlər yayılıb. Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun bununla əlaqədar addım atdığı bildirilir.
BUTA.TV xəbər verir ki, bu barədə Globalinfo.az-a M.Məsimovun köməkçisi Fidan Quliyeva məlumat verib. “Mübariz Mənsimov stadionun təmiri ilə bağlı göstəriş verib. Mart ayından təmir başlanacaq. Növbəti mərhələ isə klubun bərpası ilə bağlı olacaq”, - F.Quliyeva deyib.
AFFA-danhələlik bu barədə məlumatın olmadığı bildirilib:
“Xəzər-Lənkəran” həqiqətən də Azərbaycan futbolunda önəmli iz buraxmış bir klubdur. Bir neçə il Azərbaycan çempionatında mübarizə aparıb, amma hazırkı məqamda klubun bərpası və ya stadionun təmiri ilə bağlı məlumatımız yoxdur. Adətən, bu işlər mövsüm bitdikdən sonra müəyyən edilir. Ona görə də indidən bir söz deyə bilmərik”.
Mübariz Mənsimovun köhnə mövqelərini geri qaytarmaq istiqamətində fəaliyyətə başladığı ehtimal edilir. “Xəzər-Lənkəran” klubu ilə bağlı bu addım prosesin tərkib hissələrindən biridir. Siyasi proseslərə idman üzərindən qayıtmaq isə olduqca maraqlı gedişdir. Bəs M.Mənsimova sona qədər bu imkan tanınacaqmı? Onun ictimai-siyasi reabilitasiyası baş tutacaqmı? Bu sualın ən doğru cavabını zaman verəcək.
- Məhkəmə: Təqsirləri sübutlarla təsdiqləndi
- Müharibədə birinci biz bunu tətbiq etmişik - Prezident
- Azərbaycanlıların qayıtması Ermənistanı qorxutmasın!
- Bu kürsüdən dövlət strukturlarına göstəriş verirəm...
- Təbii sərvətlər gec-tez tükənəcək - İlham Əliyev
- Prezident hərbi paraddan danışdı
- Yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək
- Prezidentdən Azərbaycan dili ilə bağlı vacib açıqlama