Nikol Paşinyan sərhəddə gərginlik və Azərbaycanla yeni müharibə istəmirsə, ilk işi “Yerkrapa” terror təşkilatının üzvlərini sərhəddən uzaqlaşdırması və tərk-silah etməsi olmalıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanın Nerkin-Hand kəndi yaxınlığındakı mövqelərdən Zəngilan istiqamətində snayper atəşi və nəticədə əsgərimizin yaralanması haqda qeyd edib.
O bildirib ki, bu təşkilat ordu komandanlığına və hökumətə tabe deyil:
“Bu təşkilata əmrləri Rusiyanın hərbi agentura şəbəkəsindən tutmuş Qarabağ klanının rəhbərləyinə qədər, müxtəlif şəxslər şəxslər verir. “Yerkrapa”nın Birinci Qarabağ müharibəsindən başlayaraq Rusiya hərbi agenturasıyla əməkdaşlığının uzun tarixi var. Paşinyan bu terrorçu təşkilatı tərk-silah etməsə, sərhəddə təxribatlar səngiməyəcək və bu, Ermənistana baha başa gələcək. Rəsmi Bakının İrəvandan tələbləri sırasına “Yerkrapa” qruplaşması tərk-silah olunaraq sərhəddən uzaqlaşdırılmalıdır” şərti də əlavə olunmalıdır. Brüsselə də sualımız var: Əgər erməni snayperi Azərbaycan mövqelərinə atəş açırsa, sizin Ermənistandakı fəaliyyətinizin mənası nədir, nəyi monitorinq edirsiz?
Bunlar Azərbaycan ərazisinə durbinlə baxmaq əvəzinə həmin durbini arxa tərəfə çevirib baxmalıdırlar. Əsl təhlükə arxa tərəfdədir”.
Qeyd edək ki, DSX-nin bu gün keçirdiyi qisas əməliyyatı nəticəsində 4 erməni əsgər məhv edilib, yaralılar var. Həmçinin atəşin açıldığı döyüş mövqeyi darmadağın edilib.
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək
- “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi