Fevralın 13-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa Komissiyasının vitse-prezidenti, Avropa Birliyi Şurasının xarici işlər üzrə ali nümayəndəsi Jozep Borrellə görüşüb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, Avropa Birliyi-Ermənistan Tərəfdaşlıq Şurasının sessiyası çərçivəsində keçirilən görüşdə Borrellin Mirzoyana ilk sualı maraqla qarşılanıb.
AB rəsmisi Ermənistan XİN başçısı ilə salamlaşan zaman sərhəddə baş verən insidenti nəzərdə tutaraq “Təəssüf ki, yenə problemimiz var, hə?” sualını ünvanlayıb. Mirzoyan da buna “Təəssüf ki, bəli” cavabını verib.
Daha sonra tərəflər Azərbaycan-Ermənistan şərti sərhədində yerləşən Nerkin-Hand istiqamətdən baş verən silahlı qarşıdurmanı müzakirə ediblər.
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov