AB Azərbaycana qarşı bu vərdişindən əl çəkməlidir - Bəyanat

18:36 - 14 Fevral 2024 - GÜNDƏM

 AB Azərbaycana qarşı bu vərdişindən əl çəkməlidir - Bəyanat

Avropa Birliyi (AB) Azərbaycanofob, səlibçi yanaşmasından, Azərbaycanın daxili işlərinə qarışmaq və ona qara yaxmaq kimi zərərli vərdişlərindən əl çəkməlidir.

BUTA.TV xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib.

Bildirilib ki, AB növbəti dəfə anti-Azərbaycan qərəzindən çıxış edərək Azərbaycanda keçirilmiş tarixi prezident seçkiləri ilə bağlı 2024-cü il fevralın 14-də Strasburqda böhtan xarakterli bəyanat verib:

"AB-nin bəyanatı düşmənçilik mahiyyəti daşıyır və Azərbaycan xalqının sərbəst şəkildə ifadə etdiyi iradəsinə hörmətsizlikdir. Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə üçün dəvət edilməməsindən qəmgin olmuş AB-nin diqqətinə çatdırmaq istərdik ki, seçkiləri müşahidə üçün xaricdən kimi dəvət etməyi müəyyən etmək Azərbaycanın suveren hüququdur".

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol