Özbəkistanın Moskvadakı səfiri Batırcan Əsədov Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumatda bildirilib ki, Özbəkistanın Jurnalistika Universitetinin rektoru Şirzad Qüdrətxocayevin təhqiramiz bəyanatlarına görə Rusiya Xarici İşlər Nazirliyində etiraz edilib. Moskva Özbəkistan Xarici İşlər Nazirliyindən rektorun bəyanatlarına rəsmi qiymət verilməsini gözləyir.
Qeyd edək ki, daha öncə Şirzad Qüdrətxocayev “AlterEgo” Yutub kanalına müsahibəsində deyib: "Özbəkistanın özbək dilini bilməyən sakinləri kim olduqlarını seçməlidirlər – işğalçı və ya axmaq".
- Ali məktəblərə İxtisas seçimi nə vaxt başlanacaq?
- Bakıda qadını qayınanası döydü, qayınatası isə bıçaqladı
- Bakıda marşrut avtobusu yük avtomobilinə çırpıldı - Video
- Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
- Portuqaliyada azərbaycanlı gənc itkin düşdü
- Keçmiş kürəkənini evində ov tüfəngi ilə öldürdü
- Nazir müqaviləni imzalamadı, baş nazir müdaxilə etdi - Canlı yayımda gözlənilməz anlar
- Vida mərasimindəki davranışları gündəm oldu - Video