Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) vətəndaşlardan istehsal tarixi 28 dekabr 2023-cü il olan 0,5 litrlik şüşə qablarda “Cermuk” mineral suyunun satışının qeydə alındığı pərakəndə satış məntəqələri və internet saytları barədə məlumat vermələrini xahiş edir.
BUTA.TV xəbər verir ki, bu barədə xidmətin mətbuat xidməti məlumat yayıb.
“Rospotrebnadzor” əməkdaşları pərakəndə satış və ictimai iaşə obyektlərində “Cermuk” mineral suyuna nəzarəti gücləndirib. Vətəndaşların həyat və sağlamlığına zərər dəyməməsi üçün bütün tədbirlər görülüb”, - deyə bildirilib.
Qeyd edilir, bu mineral suyun 2,5 milyon butulkaya yaxın fərdi partiyalarının satışı artıq dayandırılıb.
Məhsulun təhlükəsizliyi ilə bağlı laboratoriya təsdiqi alınmayana qədər dövriyyəyə buraxılmayacaq.
Qeyd edək ki, “Rospotrebnadzor” təhlükəsizliyi yoxlamaq üçün “Cermuk” markalı suyun müəyyən partiyalarının satışını dayandırıb.
- Ali məktəblərə İxtisas seçimi nə vaxt başlanacaq?
- Bakıda qadını qayınanası döydü, qayınatası isə bıçaqladı
- Bakıda marşrut avtobusu yük avtomobilinə çırpıldı - Video
- Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
- Portuqaliyada azərbaycanlı gənc itkin düşdü
- Keçmiş kürəkənini evində ov tüfəngi ilə öldürdü
- Nazir müqaviləni imzalamadı, baş nazir müdaxilə etdi - Canlı yayımda gözlənilməz anlar
- Vida mərasimindəki davranışları gündəm oldu - Video