Çox güclü və dinamik komandaya qarşı oynayacağıq. Rəqibə hörmətlə yanaşırıq. İnanırıq ki, sabahkı matçda keyfiyyətli oyun sərgiləyəcəyik.
BUTA.TV xəbər verir ki, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk görüşündə səfərdə Portuqaliya "Braqa"sına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Əlli bir yaşlı mütəxəssis sabahkı görüşə ciddi hazırlaşdıqlarını bildirib:
"İstəkli rəqibə qarşı oynayacağıq. Arxayınlaşmaq olmaz. Onlar da turnirdə daha irəli getmək istəyirlər. Hazırda statistikalara deyil, sabahkı matça fikrimizi yönəltməliyik".
O, üstünlüyün "Braqa"nın tərəfində olduğunu söyləyib:
"Biz də əlimizdən gələni edəcəyik. Təslim olmaq istəmirik. Səfərdən sərfəli nəticə ilə qayıtmaq istəyirik".
Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı fevralın 22-də Bakıda olacaq.
- Bakıda qadını qayınanası döydü, qayınatası isə bıçaqladı
- Bakıda marşrut avtobusu yük avtomobilinə çırpıldı - Video
- Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
- Portuqaliyada azərbaycanlı gənc itkin düşdü
- Keçmiş kürəkənini evində ov tüfəngi ilə öldürdü
- Nazir müqaviləni imzalamadı, baş nazir müdaxilə etdi - Canlı yayımda gözlənilməz anlar
- Vida mərasimindəki davranışları gündəm oldu - Video
- Bu dəfə kameranın önünə yox, arxasına keçdi - Prezident fotoqraf oldu - Fotolar