Bizi sabah çətin oyun gözləyir.
BUTA.TV xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun braziliyalı yarımmüdafiəçisi Julio Romao UEFA Avropa Liqasının pley-off mərhələsində səfərdə Portuqaliya "Braqa"sına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Braziliyalı oyunçu "Braqa"nın ciddi rəqib olduğunu bildirib:
"Onlar ölkə çempionatının son turunda Lissabon "Sportinq"inə məğlub oldular. Bu, bizi arxayınlaşdırmamalıdır. Komandamızın heyətində Portuqaliya liqası təcrübəsi olan futbolçular var. Bu da bizə kömək olacaq".
O, "Braqa"ya qalib gəlmək şanslarının olduğunu deyib:
"Bu oyunun nəticəsini bir sıra detallar həll edəcək. Avropa Liqası turniri fərqli atmosferdir. Əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa”–“Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı fevralın 22-də Bakıda olacaq.
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!