“City Garden Narimanov”da təmir seçimləri başlayıb!
“Kristal Abşeron”dan verilən məluata görə, “City Garden Narimanov”dan mənzillər yaxın müddətdə (yay aylarının sonunda) təhvil veriləcək. Meqa yaşayış kompleksinin birinci hissəsində olan binaların bir çoxunda fasad işləri tamamlanmaq üzrədir. Paralel olaraq isə sürətli şəkildə daxili təmir işləri aparılır. Sakinlərin seçim prosesi yekunlaşdıqdan sonra təmirin sonuncu mərhələsinə tam keçid ediləcək.
Bu günədək bütün mənzillərə yenilənmiş səs izolyasiya sistemi tətbiq edilib, pəncərələr quraşdırılıb, mənzillərə kabel sistemi çəkilib. Qeyd edək ki, “City Garden Narimanov”un təmir-tikintisində məşhur dünya markalarından istifadə edilir. Hamam aksesuarları Almaniya istehsalı “Grohe” və “Hansgrohe”, pəncərə şüşələri Amerika markası “Guardian Glass”, kabel sistemi İtaliya markası “Prysmian” yanmayan kabelləri, parketlər Kanada markası “Coswick”, elektrik açarları və aksesuarları İtaliya istehsalı “Gewiss”dir.
Heydər Əliyev prospektinin yaxınlığında (“SOCAR Tower”in yanı), Nəriman Nərimanov metrostansiyasına qısa məsafədə inşa edilən kompleksə Şəki dairəsindən yeni tunel çəkiləcək və bununla da kompleksin yerləşməsi daha əlverişli olacaq.
İndi sizin şəxsi büdcənizə uyğun aylıq ödəniş məbləği təyin edərək tam təmirli, premium mənzil sahibi olmaq imkanınız var. Bunu üçün sadəcə “City Garden Narimanov” satış mərkəzinə yaxınlaşmaq kifayətdir. Satış mərkəzi layihənin daxilində yerləşir və siz bura gələrək həm də inşaatla yerində tanış ola bilərsiniz.
Satış ofisinin ünvanı:
https://maps.app.goo.gl/GHdjd2Lssa16WocR8
Ətraflı:
*1544 / 050 293 10 10
- Keçmiş kürəkənini evində ov tüfəngi ilə öldürdü
- Nazir müqaviləni imzalamadı, baş nazir müdaxilə etdi - Canlı yayımda gözlənilməz anlar
- Vida mərasimindəki davranışları gündəm oldu - Video
- Bu dəfə kameranın önünə yox, arxasına keçdi - Prezident fotoqraf oldu - Fotolar
- Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin
- İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
- Xoşbəxt olmaq üçün nələr lazımdır?
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq