Müştərilər nağdsız alış-verişə daha çox keşbek faizlərinə üstünlük verirlər. Buna görə də onlar ən çox faiz verən bankla əməkdaşlıq edirlər. Ancaq son zamanlar bəzi bankların keşbek faizləri azalıb.
Ekspertlərin sözlərinə görə, qarşıdakı dövrlərdə bu faizlər tamamilə ləğv oluna bilər.
İqtisadçı Xalid Kərimli bildirib ki, keşbekdən istifadə edənlərin sayı artdıqca bu proses banklar üçün yüklü prosesə çevrilir, xərcləri artmış olur:
“Artıq bank daha çox müştəri cəlb edib, öz istəklərinə çatıb. Onlar haqqında da məlumat toplayıb. Düşünürəm ki, bu layihəsindən daha çox müştərinin istifadə etməsi keşbek faizlərinin azalmasına səbəb olacaq”.
Bank əməkdaşı Arzu Əliyeva mövzu ilə bağlı qeyd edib ki, gündəmdə keşbeklərin ləğvi ilə bağlı məsələ yoxdur:
“Keşbek faizləri isə kart daxilində müxtəlif kateqoriyalar üzrə təyin olunur və şəxsən müştərinin özü tərəfindən seçilir. Bu səbəbdən də keşbekin artması və ya azalması onun seçiminə uyğun olaraq baş verir”.
BUTA.TV Baku TV-yə istinadən ətraflı süjeti təqdim edir:
- Nazir müqaviləni imzalamadı, baş nazir müdaxilə etdi - Canlı yayımda gözlənilməz anlar
- Vida mərasimindəki davranışları gündəm oldu - Video
- Bu dəfə kameranın önünə yox, arxasına keçdi - Prezident fotoqraf oldu - Fotolar
- Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin
- İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
- Xoşbəxt olmaq üçün nələr lazımdır?
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Sürücülərin diqqətinə: Yeni avtomobil körpüləri inşa olunacaq