Bu gün Azərbaycanın yeni Baş naziri təyin ediləcək.
BUTA.TV xəbər verir ki, Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında" məsələ Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib.
Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.
- Nazir müqaviləni imzalamadı, baş nazir müdaxilə etdi - Canlı yayımda gözlənilməz anlar
- Vida mərasimindəki davranışları gündəm oldu - Video
- Bu dəfə kameranın önünə yox, arxasına keçdi - Prezident fotoqraf oldu - Fotolar
- Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin
- İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
- Xoşbəxt olmaq üçün nələr lazımdır?
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Sürücülərin diqqətinə: Yeni avtomobil körpüləri inşa olunacaq