Ödənişli yol baha, digəri bərbad… - Millət vəkili

13:00 - 16 Fevral 2024 - GÜNDƏM

 Ödənişli yol baha, digəri bərbad… - Millət vəkili

Ödənişli yola alternativ olan Bakı-Quba yolu pis vəziyyətdədir.

BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Vahid Əhmədov deyib.

O qeyd edib ki, ödənişli yolda tətbiq edilən tariflər kifayət qədər yüksəkdir:

“Bu yoldan ancaq beynəlxalq şirkətlərin avtomobilləri istifadə edir. Yoldan hamının istifadəsi üçün tariflərə yenidən baxılmalıdır. Bununla bağlı İqtisadiyyat Nazirliyinə də müraciət etmişəm”.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Deputat bildirib ki, alternativ yola paralel yolun bərpası ilə bağlı Baş nazirdən də xahiş edib:

“Dövlət başçısının tapşırığı ilə bu yolda müəyyən işlər görüldü. Amma problem hələ tam həll edilməyib. Bunu maaliyə çatışmazlığı ilə izah edirlər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol