Aleksey Navalnı Kreml tərəfindən vəhşicəsinə öldürülüb.
BUTA.TV xəbər verir ki, bunu Latviya Prezidenti Edqar Rinkeviç Navalnının ölümü ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.
“Bir siyasətçi kimi Aleksey Navalnı haqqında nə düşünürsünüzsə düşünün, amma o, indicə Kreml tərəfindən vəhşicəsinə öldürüldü. Bu bir faktdır və mövcud Rusiya rejiminin əsl mahiyyəti haqqında bilinməsi lazım olan bir amildir. Ailə və dostlarına başsağlığı verirəm”, - o bildirib.
Qeyd edək ki, Aleksey Navalnı bu gün Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində ölüb.
- Masallının iki kəndində qaz olmayacaq
- Rezidenturaya qəbul imtahanı keçirildi
- Boz torağayın nəğməsi susdu, yarım əsrlik sükut pozuldu...
- Tovuzda yaşayış evi yandı: xəsarət alan var
- Kür və Arazda bir gündə iki nəfər batdı
- Güclü külək əsəcək – Xəbərdarlıq edildi
- Hövsanın suyu kəsildi
- Bakıda güclü yanğın - Video