Nazirlər Kabinetinin dəyişməməsinin səbəbləri...

14:48 - 17 Fevral 2024 - GÜNDƏM

 Nazirlər Kabinetinin dəyişməməsinin səbəbləri...

Fevralın 16-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin tərkibini təsdiqlədi. Bir nazir (Fikrət Məmmədov) və bir komitə sədri (Mübariz Qurbanlı) istisna olmaqla kabinet üzvləri vəzifələrində qaldı.

Nazirlər Kabinetinin dəyişməməsi diqqət çəkir. Görünən odur ki, onlara prezident etimad göstərir.

Xatırladaq ki, bəzi proqnozlar Kabinetinin tərkibinin əsaslı şəkildə dəyişəcəyi yönündə idi. Nazirlər Kabinetinin dəyişməməsi nə ilə bağlıdır? Nələr olacaq? Yeni dövrdə hansı yeniliklərin şahidlik edəcəyik?

BUTA.TV xəbər verir ki, deputat Hikmət Babaoğlu Globalinfo.az-a ​deyib ki, prezident tərəfindən Nazirlər Kabinetinin bu tərkibdə təsdiq olunacağı gözlənilirdi:

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

“Azərbaycanda islahatların aparılması və buna bağlı olaraq mövcud siyasi komandanın dəyişməsi radikal formada təzahür etmir. Bu, ardıcıl islahatlar kontekstində baş verir. Əslində seçkilərdən öncə Nazirlər Kabinetinin bu tərkibdə qalacağı bilinirdi. Çünki bu kabinet ən kritik dövrdə iqtisadiyyatın qorunması və inkişaf etməsi ilə bağlı işlər görüb. Misal üçün, 44 günlük müharibə zamanı, eləcə də pandemiya dövründə bu kabinet ortaya real iş qoyub.

Azərbaycan Prezidenti cənab İlham Əliyev inaqurasiya mərasimi zamanı çıxış edərkən ölkəmizin gələcəyi ilə bağlı konseptual məsələləri qeyd etdi. Bu fikirlər həm də Nazirlər Kabinetinin bundan sonrakı işinin əsasını təşkil edəcək.

Qarşıda görüləcək işlər çoxdur. İnnovativ yeniliklərin tətbiqi, yaşıl enerji sahəsində işlərin görülməsi, habelə vətəndaşlara keyfiyyətli xidmətin edilməsi kimi çox məsələ var.

Hesab edirəm, yeni hökumət kabineti yeni çağırışlar üzrə öz fəaliyyətlərini quracaq. Cənab prezidentin müəyyən etdiyi kursun icrasını yüksək səviyyədə yerinə yetirəcəklərini düşünürəm. Bu proses ardıcıl, davamlıdır. Hədəflərimiz bəllidir. Sevindirici haldır ki, yenidən Baş nazir seçilən Əli Əsədov da prezidentin çıxışda qeyd etdiyi məqamlar üzrə işlərin görüləcəyini qeyd edib”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol