Rafael Ağayevə federasiyada yüksək vəzifə verildi

19:54 - 17 Fevral 2024 - GÜNDƏM

 Rafael Ağayevə federasiyada yüksək vəzifə verildi

Rafael Ağayev və Qurban Tağıyev Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunublar.

BUTA.TV xəbər verir ki, bu barədə AKF-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, digər dəyişiklik yığma komanda ilə bağlıdır. Belə ki, Şahin Atamov kişilərdən ibarət yığmanın baş məşqçisi təyin edilib. Ona Niyazi Əliyev və Rəşad Hüseynov köməklik göstərəcəklər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol