Rusiya bu ölkənin mövqeyini ikicə günə dəyişdirdi – bananla…

23:52 - 17 Fevral 2024 - GÜNDƏM

 Rusiya bu ölkənin mövqeyini ikicə günə dəyişdirdi – bananla…

Əvvəllər zəif, xarici qüvvələrdən, dövlətlərdən çox asılı olan ölkələrə “banan respublikaları” deyirdilər, indi bütün dünya siyasəti “bananlaşıb”, hətta fransızca “banal” sözünə istinad etsək, “banallaşıb”, yəni bəsitləşib.

BUTA.TV xəbər verir ki, bu sözləri siyasi müşahidəçi və iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O buna misal olaraq ABŞ-ın Ekvadora SSRİ-dən aldıqları silah-sursatları Ukraynaya göndərmək tapşırığını xatırladıb:

“Ekvador da bu təklifə razılaşdı. Rusiya dərhal Ekvadordan bananın ölkəyə idxalına qadağa qoydu. Banan Ekvadorun bir nömrəli ixrac məhsuludur, dünya banan bazarının 27%-i bu ölkənin əlindədir və Rusiya 91% banan ehtiyacını məhz Ekvadordan alırdı; hər il Ekvador Rusiyaya ortalama 1 mlrd. dollarlıq banan satır. Yeri gəlmişkən, Ekvadordan bananı Rusiyaya bizimkilər, azərbaycanlılar gətirib satır.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

ABŞ Ekvadora deyir ki, Ukraynaya tank-top, mərmi ver, ölkə dərhal razılaşır, sonra Rusiya banana qadağa qoyur və Ekvador hökuməti fikrini dəyişir və elan edir ki, Ukraynaya silah-sursat verməkdən imtina edir. Elə həmin gün də Rusiya Ekvador bananına qoyduğu qadağanı götürür.

Müasir dünyanın mənzərəsinə baxın, əvvəl ABŞ-ın sözünün üstünə söz deyə bilməyənlər indi banana görə Vaşinqtonun sözünü yerə salırlar”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol