Münhendə Ermənistan bölüşdürüldü - Ayvazyandan şok

20:28 - 18 Fevral 2024 - GÜNDƏM

 Münhendə Ermənistan bölüşdürüldü - Ayvazyandan şok

Münhen Təhlükəsizlik Konfransı NATO-nun təhlükəsizlik məsələlərini müzakirə edən platformadır.

BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu “Luys” informasiya-analitik mərkəzinin rəhbəri Ayk Ayvazyan deyib.

O iddia edib ki, sözügedən konfransda Qərbin Rusiyaya qarşı müharibə aparması müzakirə edilib:

“Rusiya dünyanın Qərb “demokratiyasının” boyunduruğundan azad edilməsi prosesinin lideridir. Ona görə də Ermənistanın və onun dövlətçiliyinin qurban edildiyi Münhen Təhlükəsizlik Konfransında Rusiyaya qarşı müharibə aparmaq məsələsi müzakirə olunur”.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Ayvazyan bildirib ki, Ermənistanın qonşuları ölkənin parçalanmasından öz paylarını almağa çalışacaqlar.

“Əgər Ermənistan könüllü olaraq özünü Qərbin maraqlarına qurban verirsə, niyə də olmasın?! Yalnız Rusiya Ermənistan dövlətçiliyinin qorunub saxlanmasında maraqlıdır və təkcə Moskvanın köməyi ilə biz onu saxlaya bilərik”, – A.Ayvazyan qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol