Ermənistanın daha bir rayonu boşalır

22:56 - 18 Fevral 2024 - GÜNDƏM

 Ermənistanın daha bir rayonu boşalır

Ermənistanın daha bir vilayətinin boşaldılma riski var.

BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, Vedi (Ararat) rayonunda kənd təsərrüfatı üçün ciddi maneələr yaranıb: əkinçilik azalıb, heyvandarlıq aşağı düşüb. Əkinçilər və heyvandarlıqla məşğul olanlar artıq özlərini dolandıra bilmirlər.

Yerli sakinlərin sözlərinə görə, artıq illərdir mövsüm vaxtı su verilmir, bu da bağ sahələrində və əkində məhsuldarlığa ciddi təsir edir, çünki istiləşmə ilə bağlı mövsüm çox quraq keçir. Bu, otlaq sahələrinə də təsir edir, üstəlik, satış bazarı da yoxdur.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Sakinlərin sözlərinə görə, bu problemlər kəndlərdən əhalinin köçünü sürətləndirir.

Qeyd edən ki, Qərbi Zəngəzur ərazisində də analoji vəziyyət yaşandığı haqda məlumat yayılmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol