Husilər hücumda ilk dəfə sualtı aparatdan istifadə etdi

00:32 - 19 Fevral 2024 - GÜNDƏM

 Husilər hücumda ilk dəfə sualtı aparatdan istifadə etdi

ABŞ ordusu husilərin ilk dəfə sualtı pilotsuz aparatdan istifadə etdiyini aşkar edib.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı X sosial şəbəkəsində məlumat yayıb.

Komandanlığın məlumatına görə, ABŞ silahlı qüvvələri husilərə məxsus bir pilotsuz sualtı, həmçinin bir pilotsuz suüstü gəmiyə beş zərbə endirib.

“Bu, husilərin oktyabrın 23-də hücumlar başlayandan bəri sualtı pilotsuz aparatdan istifadəsi ilə bağlı müşahidə edilən ilk hadisədir”, - deyə məlumatda bildirilir.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol