ABŞ Rusiyaya kosmosda cavab verməyə hazırlaşır

01:46 - 19 Fevral 2024 - GÜNDƏM

 ABŞ Rusiyaya kosmosda cavab verməyə hazırlaşır

ABŞ Rusiyanın kosmosa nüvə bombası yerləşdirmək planlarına görə cavab hazırlamağa başlayıb.

BUTA.TV xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin rəhbəri Mayk Törner deyib.

Törner bildirib ki, Rusiyanın kosmik nüvə proqramı var və bu, ABŞ-ın milli təhlükəsizliyinə çox ciddi təhlükə yaradır:

"Milli təhlükəsizlik müşaviri Sallivan ilə görüşdük. O, bu problemi həll etməyə kömək edəcək bir plan hazırlamağa başladı".

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Qeyd edək ki, fevralın əvvəlində "ABC Nyus" mənbələrə istinadən Rusiya nüvə bombasının kosmosda yerləşdirilməsi barədə məlumat vermişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol