Bakıda oteldə yanğın: bu küçə bağlandı

08:12 - 19 Fevral 2024 - GÜNDƏM

 Bakıda oteldə yanğın: bu küçə bağlandı

Bakının Nərimanov rayonunda yerləşən otellərin birində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, alov otelinin üçüncü mərtəbədə başlayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində oteldə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Qeyd edək ki, hadisə ilə əlaqədar Ağa Nematulla küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol