Goranboyda baş direktor 4 nəfərlə dalaşdı - Video

13:14 - 19 Fevral 2024 - GÜNDƏM

 Goranboyda baş direktor 4 nəfərlə dalaşdı - Video

Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayev bir neçə şəxs tərəfindən döyülüb.

BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, həmin şəxslər baş direktordan ağır ağrıkəsici dərman istəyiblər.

O da “yox” cavabı verdiyi üçün döyülüb.

Rauf Yəhyayev açıqlamasında bildirib ki, bir neçə şəxs xəstəxanaya gəlib, ağır ağrıkəsici dərman tələb ediblər:

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

“Mənə əllərindəki ağrıkəsicini göstərib, daha artıq dozada olanını tələb etdilər. Bildirdim ki, onsuz da o dərmanlar ağrıkəsicidir. Onlar dedilər ki, o dərmanlar kömək etmir. Ondan ağırı narkotikdir, mən onlara narkotik verəcəkdim? Dedim ki, təcili yardım şöbəsinə getsinlər. Münaqişə başladı və bıçaqla hücum etdilər”.

Qeyd edək ki, məsələ barədə Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol