İlham Əliyev Atatürk haqda bu sözləri yazdı - Video

13:58 - 19 Fevral 2024 - GÜNDƏM

 İlham Əliyev Atatürk haqda bu sözləri yazdı - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasında rəsmi səfərdədir.

BUTA.TV xəbər verir ki, səfər çərçivəsində ölkə başçısı Anıtqəbri və Heydər Əliyevin abidəsini ziyarət edib.

İlham Əliyev Anıtqəbirdə xatirə dəftərinə bu sözlərini yazıb:

“Türk dünyasının böyük övladı, istedadlı sərkərdə və dahi lider Qazi Mustafa Kamal Atatürkün əziz xatirəsini ürəkdən hörmət və ehtiramla anıram. Mustafa Kamal Atatürk 100 il öncə ən möhtəşəm əsəri - Türkiyə Cümhuriyyətini qurmaqla adını dünya tarixinin səhifələrinə və xalqının qəlbinə əbədi olaraq qızıl hərflərlə qazıyıb. Qardaş Azərbaycanın Prezidenti kimi Mustafa Kamal Atatürkün qurucusu olduğu Türkiyənin bugünkü inkişaf səviyyəsini, rifahını, qüdrətini, qlobal aləmdəki nüfuzunu görməkdən xüsusi qürur duyuram. Xalqlarımızın ən böyük sərvəti olan sarsılmaz qardaşlığı, birlik və həmrəyliyi qorumaq və gələcək nəsillərə hədiyyə etmək, strateji müttəfiqliyimizi bütün istiqamətlərdə inkişaf etdirmək və gücləndirmək iki ölkənin qarşısında duran ən ali vəzifədir”.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol