Paşinyan Tomatla görüşdü

17:14 - 19 Fevral 2024 - GÜNDƏM

 Paşinyan Tomatla görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan AB-nin Xarici Fəaliyyət Xidmətinin Mülki Əməliyyatlar Komandanı Stefano Tomatı qəbul edib.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Baş nazir Tomatla görüşündə AB-nin mülki missiyasının Ermənistan-Azərbaycan sərhədində fəaliyyətinin vacibliyini qeyd edib. Paşinyan missiyanın səmərəli fəaliyyəti regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verdiyini bildirib”, - məlumatda deyilir.

Qeyd olunur ki, Paşinyan və Tomat AB-nin müşahidəçi missiyasının nəticələrinə və onun gələcək fəaliyyəti ilə bağlı məsələlərə toxunub:

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

“Tərəflər Ermənistan və AB arasında çoxsahəli əməkdaşlığın daim inkişafının vacibliyini vurğulayıblar”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol