Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan BUTA.TV-a verilən məlumata görə, Günəşin fəallığı artaraq, maksimal sinifli alışma 3576 oblastındakı X2.5 sinifli alışma olub. Alışmalar nəticəsində Günəşin cənub qütbü yaxınlığında nadir qeydə alınan filament püskürməsi qeydə alınıb. Hazırda sönmə prosesi davam edir.
Hazırda Günəş küləyinin sürəti normaldır (278 km/san).
Günəş küləyinin sürətinin fevralın 16-da baş vermiş tac kütlə atılmalarının təsiri ilə fevralın 19-20-də bir qədər artacağı gözlənilir.
Geomaqnit sahəsinin sakit, lakin qeyri-stabil olacağı proqnozlaşdırılır.
- Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı
- Koşta yeni razılaşmadan danışdı: Bakı-İrəvan sülhü...
- Adnan Əhmədzadənin supermarketi bağlandı - Foto
- AİB-in dəstəyi ilə layihəyə start verildi
- Əli Kərimli ilə bağlı qərar verildi
- Bu nazir Bakıdan İrəvana getdi
- Arakçının Azərbaycana səfərinin tarixi açıqlandı
- Putin Hindistandan nə istəyir? - Ekspert