Ukrayna qoşunları 470 minlik rus ordusu ilə üz-üzədir

08:48 - 20 Fevral 2024 - GÜNDƏM

 Ukrayna qoşunları 470 minlik rus ordusu ilə üz-üzədir

ABŞ Konqresində hərbi yardımla bağlı çıxılmaz vəziyyət və Avropada istehsal gücü çatışmazlığı Ukraynanın müharibədə kritik səviyyədə artilleriya sursatı çatışmazlığına gətirib çıxarır.

BUTA.TV xəbər verir ki, bunu Böyük Britaniya Kral Tədqiqat İnstitutunun baş elmi işçisi Cek Uotlinq bildirib.

“Artıq bütün cəbhə boyu sursat çatışmazlığı hiss olunur ki, bu da Ukrayna qoşunlarının Avdeyevka şəhərindən bu yaxınlarda çıxarılmasına səbəb olub”, - o qeyd edib.

Ekspert xatırladıb ki, Ukrayna hərbçiləri mövqelərinə hücum edən təxminən 470 min rus əsgəri ilə üz-üzədir:

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

"Ukraynanın kifayət qədər artilleriyası olsaydı, bu hücumlar asanlıqla dəf edilə bilərdi, çünki 155 mm-lik bir neçə mərmi mövqelərindən irəliləməyə başlayan kimi rus hərbçilərini öldürəcəkdi".

Ekspert əlavə edib ki, kifayət qədər sursat olmasa, Ukrayna hərbçiləri Rusiyanın atıcı silahlarla hücumlarını dəf etmək üçün cəbhədə fiziki olaraq daha çox mövqe tutmalı olacaqlar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol