Qərb Navalnının ölümünə görə hərəkətə keçir

10:58 - 20 Fevral 2024 - GÜNDƏM

 Qərb Navalnının ölümünə görə hərəkətə keçir

ABŞ rusiyalı müxalif lider Aleksey Navalnının ölümündən sonra Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir.

BUTA.TV xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden bildirib.

“Artıq sanksiyalarımız var, lakin biz əlavə sanksiyaların mümkünlüyünü nəzərdən keçiririk”, - o qeyd edib.

Eyni zamanda, Bayden bu hadisənin Konqresin respublikaçı nümayəndlərinin Ukraynaya yardımın ayrılması ilə bağlı qərarına təsir edəcəyinə ümid etdiyini vurğulayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Almaniya da Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi təklifi ilə çıxış edəcək. Almaniya xarici işlər naziri Annalena Berbok Navalnının həyat yoldaşı Yuliya Navalnayanın da iştirak etdiyi Avropa Birliyi ölkələrinin XİN başçılarının görüşündən əvvəl belə bir bəyanatla çıxış edib.

“Rusiya prezidenti Ukraynaya qarşı etdiyi vəhşiliyi öz ölkəsinin azadlığına qarşı da edir. Aleksey Navalnının ölümü bizi təkcə narahat etmir, biz həm də yeni sanksiyalara başlayacağıq”, - Berbok bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol