Şagirdlərin hərəkəti ilə bağlı bu tədbir görülüb - Direktor

11:46 - 20 Fevral 2024 - GÜNDƏM

 Şagirdlərin hərəkəti ilə bağlı bu tədbir görülüb - Direktor

156 nömrəli məktəbin 11-ci sinif şagirdi olan qız 9-cu sinifdən məzun olan qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib. Həmin video sosial şəbəkələrdə yayılandan sonra aidiyyəti qurumlar və məktəb tərəfindən dərhal reaksiya verilib.

Bu sözləri BUTA.TV-a 156 saylı məktəbin direktoru Gülər İsmayılova sosial şəbəkələrdə yayılan məlum videoya münasibət bildirərkən deyib.

O bildirib ki, hadisə ötən il yanvarın 17-də məktəbdən kənarda baş verib:

“Məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb. Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub. Aidiyyəti üzrə şagird və valideynlərin izahatı alınıb. Baş verən hadisə ilə bağlı araşdırma davam edir. Məktəblilərin müvafiq davranış qaydalarına əməl etmələri, eləcə də uşaqların ictimai yerlərdə davranışı ilə bağlı uşaqlar və valideynlərlə davamlı maarifləndirici söhbətlər aparılır”.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, BŞTİ tərəfindən şagirdin uyğunsuz hərəkətləri ilə bağlı müvafiq araşdırma aparılır:

“Məsələ nəzarətə götürülüb, araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”, - B.Məmmədov vurğulayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol