Navalnının ölümü: Rusiya səfiri XİN-ə çağırıldı

01:06 - 21 Fevral 2024 - GÜNDƏM

 Navalnının ölümü: Rusiya səfiri XİN-ə çağırıldı

Rusiyanın Lissabondakı səfiri Mixail Kamınin Aleksey Navalnının ölümü ilə bağlı Portuqaliya Xarici İşlər Nazirliyinə çağırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

Səfirin nazirliyə çağırılmasına səbəb kimi Kremlin Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümünə şərh verməməsi göstərilib.

Qeyd edək ki, fevralın 17-də Böyük Britaniya Xarici İşlər Nazirliyi Navalnının ölümü ilə bağlı Rusiya səfirinin müşavirini çağırıb. Ardınca Rusiya diplomatları İspaniya, Latviya, Litva, Niderland, Norveç, Polşa, Finlandiya, Fransa, Almaniya, İsveç və Estoniyanın Xarici İşlər Nazirliklərinə də çağırılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Xatırladaq ki, fevralın 16-da A.Navalnı həbsxanada ölüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol