Güclü duman: görünüş məsafəsi məhdudlaşdı

16:28 - 21 Fevral 2024 - GÜNDƏM

 Güclü duman: görünüş məsafəsi məhdudlaşdı

Fevralın 21-i saat 16:00-a olan məlumata əsasən Azərbaycanın şimal və şərq rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə BUTA.TV-a Milli Hidrometerologiya Xidməti məlumat yayılıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qəbələ, Oğuz, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Şabran, Lənkəran rayonlarında hazırda yağıntılı hava şəraiti davam edir.

Tərtər, Lerik, Naftalan, Gəncə, Şəmkir, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusarda duman müşahidə olunur. Görünüş məsafəsi 100-500 metrədək məhdudlaşıb.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 6-10, Aran rayonlarında 4-8 dərəcə isti, dağlıq rayonlarda 1-6 dərəcə şaxtadır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol