Xəbər verdiyimiz kimi, Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
BUTA.TV xəbər verir ki, N.Cahidzadə 18 avqust 1989-cu ildə Şahbuz rayon Kolanı kəndində anadan olub.
1995-2006-ci illərdə F.Məmmədov adına Kolanı kənd tam orta məktəbində orta təhsil almışdır. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr təhsili almışdır. 2011-2014-cu illərdə Naxçıvan Dövlət Universitetində “Maliyyə və kredit” ixtisası üzrə Magistratura təhsili almışdır.
Əmək fəaliyyətinə 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində tyutor vəzifəsində işləyərək başlamışdır. 2014-cü ildən "Naxçıvan" Universitetinin İdarəetmə fakültəsində dekan müavini, 2018-ci ildən həmin universitetin İdarəetmə fakültəsinin dekanı vəzifəsində işləyir. 2016-cı ildən AMEA-nın Naxçıvan bölməsinin dissertantıdır.
O, 2018-ci ildə Rumıniyanın Piteşti şəhərində yerləşən Piteşti Universitetində “Erasmus+” proqramı çərçivəsində “Müəllim mübadiləsi layihəsi”nə əsasən “Müasir büdcə sistemləri və müasir maliyyə sistemləri”, “Azərbaycan və dünya təcrübəsi fərqləri” mövzularında mühazirə oxumuşdur.
N.E.Cahidzadə bir neçə fənn proqramı və məqalələrin müəllifidir.
- Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı
- Koşta yeni razılaşmadan danışdı: Bakı-İrəvan sülhü...
- Adnan Əhmədzadənin supermarketi bağlandı - Foto
- AİB-in dəstəyi ilə layihəyə start verildi
- Əli Kərimli ilə bağlı qərar verildi
- Bu nazir Bakıdan İrəvana getdi
- Arakçının Azərbaycana səfərinin tarixi açıqlandı
- Putin Hindistandan nə istəyir? - Ekspert